Nigeriyada silahlı hücum: 16 nəfər öldü

1 Sentyabr 2021 17:35

Boko Haram terror təşkilatı Nigeriyanın Borno ştatındakı Rann kəndinə hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,hücum zamanı 16 nəfər öldürülüb, xeyli insan yaralanıb.

Qeyd edək ki, Nigeriyada terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb.

Milli.Az