Tokio-2020: Paralimpiadada daha 7 nəfər koronavirusa yoluxub

1 Sentyabr 2021 11:46

Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Milli.Az report-a istinadən bildirir ki, daha 7 nəfərin testi müsbət nəticələnib.

İnfeksiya aşkarlanan şəxslər arasında idmançı yoxdur.

Qeyd edək ki, Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.

Milli.Az