Azərbaycanda özəl baytarlıq xidməti fəaliyyətə başlayır - VİDEO

1 Sentyabr 2021 17:07

Bu ilin sentyabrın 1-dən Azərbaycanın 6 şəhər və rayonunda (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələdə) 95 baytarlıq məntəqəsi özəl fəaliyyətlə xidmətə başlayacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinədək 546 məntəqəni əhatə edən daha 43 rayonda bu proses gedəcək: "Daha sonra isə 157 məntəqəni əhatə edən 13 rayon əhatə olunacaq. Beləliklə, 1 noyabr tarixindən ölkədə özəl baytarlıq tam olaraq fəaliyyətə başlayacaq".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:  

Milli.Az