Unikal limuzin satışa çıxarıldı, amma alan olmadı

1 Sentyabr 2021 10:45

"Dodge Viper" avtomobilinin bazasında hazırlanmış limuzin "eBay"da satışa çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cəmi bir nüsxədə mövcud olan avtomobilə alıcı tapılmayıb.

1996-cı il istehsalı limuzin indiyədək 9.5 min kilometr yol qət edib.

Unikal avomobilin uzunluğu 7.6 metrdir. Onun 12 nəfərlik oturacağı var.

Limuzin 135 min dollara satışa çıxarılıb. Lakin alıcısı olmadığına görə elan silinib.

Milli.Az