Virusa yoluxan Sərdar: "Nəfəs almaq çətindir"

1 Sentyabr 2021 08:20

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç koronavirusa yoluxub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda evində müalicə olunan sənətçi hər iki doz peyvəndi qəbul etdiyini açıqlayıb. O, vaksin vurdurduğu üçün xəstəliyinin ağırlaşmadığını bildirib: 

"Peyvənd olunmasaydım daha da pis olardım. Ciyərlərimə qədər yayılmışdı. Danışarkən xırıldayırdım, nəfəs almaq da çətindir. Koronavirusa yoluxanlar bilir. Diqqətli olmaq lazımdır".

Milli.Az