"Türkiyə zərbəçi PUA-larının Suriyadan Qarabağa qədər bir çox münaqişə zonalarında, həmçinin terrorizmə qarşı mübarizədə uğurlu tətbiqi bu gün bütün dünyanın dilindədir".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti nəzdində Dəniz və Hərbi-Hava Akademiyasının məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edərkən deyib.
Ərdoğanın sözlərinə görə, son onilliklər ərzində Türkiyə Silahlı Qüvvələri və ölkənin hərbi-sənaye kompleksi öz inkişafında böyük sıçrayış edə bilib.
"Türkiyə tanklar, artilleriya qurğuları, raketlər, radarlar, bombalar və tüfənglər də daxil olmaqla, müxtəlif müdafiə sənayesi məhsulları istehsal edə biləcək ölkəyə çevrilib", - türkiyəli lider deyib.
Milli.Az