Şəkidə sahibsiz it 2 nəfəri dişləyib

31 Avqust 2021 21:09

Şəkidə iki nəfərə sahibsiz it hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şəki şəhər sakini 50 yaşlı Rəfayıl Qarabəy oğlu Cəfərov qarın nahiyəsinin yuxarı hissəsinin, rayonun Böyük Dəhnə kənd sakini 60 yaşlı Nəzir Şərif oğlu Allahverdiyev sol ayağının baldır nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı hər iki şəxsin küçədə sahibsiz itin hücumuna məruz qaldığı məlum olub. R.Cəfərov və N.Allahverdiyevə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Milli.Az