Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirdi

31 Avqust 2021 13:41

İngiltərənin "Mançester Yunayted" klubu portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə müqaviləni rəsmiləşdirib.

Milli.Az xəbər verir ki, tərəflər arasında 2+1 il müddətinə müqavilə imzalanıb.

"Yuventus" klubunun məlumatına görə, "Mançester Yunayted" Ronaldonun transferi üçün 5 il ərzində 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, İtaliyanın "Yuventus" klubundan ayrılan Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted" klubunda oynayıb. Ulduz futbolçu bu müddət ərzində 292 oyunda klubun xeyrinə 118 qol vurub.

Milli.Az