Rusiyada COVID-19-dan ölənlərin sayı 183 mini ötüb

31 Avqust 2021 17:48

Rusiyada son sutka ərzində daha 17 813 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 918 965 nəfərə çatıb.

Son sutka ərzində 795 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 183 224 nəfərə çatıb.

Milli.Az