Çingiz Abdullayev koronavirusa yoluxdu

31 Avqust 2021 12:23

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev koronavirusa yoluxub.

Milli.Az ölke.az-a istinadən xəbər verir ki, yazıçı hazırda müalicə alır.

Onun səhhətinin yaxşı olduğu bildirilir.

Ç.Abdullayev virusa yoluxduğu üçün ötən gün Şuşada Vaqif Poeziya günlərinin açılışında iştirak edə bilməyib.

Milli.Az