ABŞ böyük səhv etdi, ruslar güclənəcək - Səfir

31 Avqust 2021 11:56

Şimal Axını-2 layihəsi Rusiyanın Avropadakı mövqeyini xeyli gücləndirəcək və bu, ABŞ hökuməti üçün böyük bir səhvdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor çıxış edib.

"Şimal Axını-2 tamamlanarsa, Rusiyaya o qədər böyük fayda gətirəcək və Avropadakı mövqeyini o qədər möhkəmləndirəcək ki, bir müddət sonra geriyə baxanda səhv etdiyimizi anlayacağıq. Ümumiyyətlə, qaz kəməri Rusiyadan Almaniyaya və daha sonra Avropaya uzanır. Mənə elə gəlir ki, səhv etmişik", - Teylor qeyd edib.

Milli.Az