Oğlu üçün məşhur futbolçunun lojasını aldı - FOTO

31 Avqust 2021 10:14

Türkiyəli aktyor Tolqahan Sayışman "Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souzanın Kadıköy stadionundakı lojasını alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 6 nəfərlik otağa oğlu Efehanın adını qoyub.

O, loja üçün 55 min avro (təxminən 110 min 385 manat) ödəyib.

Milli.Az