ABŞ-ın Luiziana ştatında dünən axşam saatlarından bəri hökm sürən "İda" qasırğası bir qədər zəifləyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küləyin sürəti 240 km/saatdan 152 km/saata enib.
Buna baxmayaraq, ştatın bir sıra ərazilərinin suyun altında qaldığı bildirilib.
Təbii fəlakət nəticəsində ölənlərin olduğu qeyd edilib.
Onların sayı hələ ki, dəqiq məlum deyil.
Milli.Az