Oyun zamanı faciə: Məşqçini ildırım vurub öldürdü

31 Avqust 2021 10:50

Bolqarıstanda futbol oyunu zamanı ikinci milli liqada çıxış edən "Hebar" klubunun baş məşqçisini ildırım vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə news.bg portalı məlumat yayıb.

Klubun baş məşqçisi yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində daha dörd nəfər xəsarət alıb.

Qeyd olunur ki, baş məşqçilər və futbolçular oyunun ilk dəqiqələrində başlayan fırtınanın şiddətini yetərincə qiymətləndirməyiblər. 

Milli.Az