Lənkəranda kişini maşın vuraraq öldürüb

31 Avqust 2021 08:28

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə 42-BV-814 dövlət qeydiyyat nişanlı "NİVA" markalı maşını idarə edən sürücü tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az