Bakıda zəncirvari qəza zamanı 6 avtomobilə ziyan dəyib - FOTO

31 Avqust 2021 08:18

Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Dərnəgül yolu"nda qeydə alınıb.

Altı maşın biri-birinə çırpılıb. Əvvəlcə "Toyota Prius" markalı avtomobilin qarşısına qəfildən çıxan piyadalar sürücün idarəetməni itirməsinə səbəb olub və qarşıdakı "KİA" markalı minik maşınına çırpılıb.

Qeyd edək ki, zəncirvari hadisə zamanı daha 4 avtomobilə ziyan dəyib, xəsarət alan olmayıb.

Milli.Az