Sabirabadda 3 otaqlı ev yanıb

31 Avqust 2021 06:55

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Cavad kəndində ümumi sahəsi 85 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət arakəsmə divarı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az