Gəncədə ibtidai sinif müəllimi koronavirusdan ölüb

30 Avqust 2021 23:46

Gəncədə müəllim koronavirusdan dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, 13 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyən 1957-ci il təvəllüdlü Əsədova Ramidə Hidayət qızı COVID-19 infeksiyasına yoluxub və vəfat edib.

Qeyd edək ki , 64 yaşlı R.Əsədova uzun müddət həmin məktəbdə çalışıb.

Milli.Az