Bu ölkədə pusqu qurulması nəticəsində 1 əsgər öldü - Yaralılar var

30 Avqust 2021 17:20

Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) müxalifləri tərəfindən qurulan pusqu nəticəsində ən azı 1 əsgər ölüb, 3-ü yaralanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Kolumbiya Ordusu məlumat verib. Bildirilib ki, pusqu ötən bazar günü qurulub. 

Qeyd edək ki, məlum hadisələr Kolumbiyanın Norte de Santander şəhərinin şimal-şərqindəki Catatumbo bölgəsinə nəzarət etmək üçün törədilir. 

Milli.Az