Putin peyvəndin yaratdığı immunitet barədə danışdı

30 Avqust 2021 17:28

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin yaratdığı immunitet barədə danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Tver vilayətinin qubernatoru İqor Rudnevlə görüşdə V. Putin peyvənd olunandan sonra antitel göstəricilərinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, V. Putin bu ilin martın 23-də COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk dozasını qəbul edib.

Milli.Az