Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım - Kərimova

31 Avqust 2021 03:33

Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.

52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:

"16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar".

Milli.Az