Şoyqu canlı yayında üzr istədi: “Səhvimi düzəldəcəyəm”

30 Avqust 2021 19:18

Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Rosiya-1" telekanalına müsahibə verib.

Milli.Az sherg.az-a istinadən bildirir ki, nazir aparıcının "Niyə Ukrayna məhkəməsinə çağırılmamısınız?" sualını zarafatla cavablayıb. O, deyib: "Üzr istəyirəm, səhvimi düzəldəcəyəm". Rəsmi Kiyev Rusiyanı Ukraynanın daxili işlərinə qarışmasına, həmçinin qanunda nəzərdə tutulmayan hərbiləşdirilmiş silahlı birləşmələr yaratdığına görə dəfələrlə ittiham edib.

Milli.Az