Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq.
Qeyd edək ki, əməliyyat sentyabrda baş tutacaq.
Milli.Az