Azərbaycanda tanınmış şəxs intihar edəcəyini açıqladı: "Əhalinin sayı çoxdur..." - VİDEO

30 Avqust 2021 20:06

"İnsanlar sevinir ki, Azərbaycanda əhalinin sayı 10 milyona çatıb. Bu say artımı bizim məhvimizə aparıb çıxarır".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bunu yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib.

Yazıçı I Dünya müharibəsini törədənlərə təşəkkürünü bildirərək, baş verən təbii fəlakətləri insan sayının azalmasına səbəb olan faktorlar kimi yüksək qiymətləndirib.

Kulturoloq, insan sayının azalması üçün hətta özünün də intihar edə biləcəyini deyib.

Milli.Az