"Messi yaxşı görünürdü, amma..." - Baş məşqçi

30 Avqust 2021 12:24

PSJ-nin baş məşqçisi Maurisio Poçettino argentinalı superulduz Lionel Messinin debütünü dəyərləndirib.

Milli.Az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis Fransa çempionatının 4-cü turu çərçivəsində "Reyms" üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra belə danışıb:

"Leo yaxşı görünürdü. Amma o, hələ optimal formasından çox uzaqdır. Milli matçlarla əlaqədar yaranacaq fasilənin ardından yüksək səviyyədə oyun sərgiləyəcəyinə inanıram".

Milli.Az