Azərbaycan Paralimpiadada 13-cü medalını qazandı

30 Avqust 2021 09:58

Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Milli.Az bildirir ki, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb.

O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.

Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 4 bürünc medal əldə ediblər.

Milli.Az