“Azərişığ”ın yük maşını qəzaya düşdü - VİDEO

30 Avqust 2021 10:18

Bakıda səhər saatlarında "Azərişıq" ASC-yə məxsus yük maşını qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsində baş verib.

Dövlət Bayrağı meydanına yaxın ərazidə yük maşını digər minik avtomobili ilə toqquşub. Qəzanın təsirindən yük avtomobilinin arxa təkərləri şindən sınaraq ayrılıb.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.

Milli.Az