Bakıda 2 yaşlı körpə ikinci mərtəbədən yıxılıb

30 Avqust 2021 10:00

Bakıda körpə ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az