İtaliya onlar üçün karantin məcburiyyətini ləğv edir

29 Avqust 2021 22:11

İtaliya vaksinasiyadan keçmiş və koronavirus testinin nəticəsi mənfi olan Birləşmiş Krallıq vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

O bildirib ki, İtaliya peyvənd prosesini tamamlayan və testin nəticəsi mənfi olan Britaniya səyahətçiləri üçün beş günlük məcburi karantini avqustun 31-dən ləğv edəcək.

Qeyd edək ki, digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb.

Milli.Az