Estoniyada pandemiya qurbanlarının sayı artıb

29 Avqust 2021 22:04

Estoniyada koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 141 min 344-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 745 min 301 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, ötən sutka ərzində COVID-19 virusuna görə 4 min 373 nəfərdən götürülən testlərdən 330-nun nəticəsi müsbət çıxıb.

Ölkədə ümumilikdə COVID-19-dan 1289 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə görə 133 min 408 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur. Estoniya hökuməti əhalini sanitar normalara riayət etməyə çağırıb.

Milli.Az