Bu ölkədə hərbi hissəyə hücum oldu - 40 ölü, 60 yaralı

29 Avqust 2021 21:57

Yəmənin cənubundakı Lahic şəhərində yerləşən Əl-Aned hərbi bazasına raket hücumu olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hücum nəticəsində 40 hərbçi həyatını itirib, 60-dan çoxu yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır, bu baxımdan ölü sayının artacağı istisna edilmir.

Həlak olanlrın meyitləri xəstəxanalara aparılıb. Onların bəziləri tanınmaz hala düşüb.

Hücumu hələlik heç kim üzərinə götürməyib.

Milli.Az