Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

29 Avqust 2021 21:09

Türkiyədə son sutkada koronavirusdan daha 255 nəfər vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkədə son 24 saatda 286 425 COVID-19 testi aparılıb ki, onun da 17 332-si pozitiv çıxıb. 

Qeyd edilib ki, son sutkada koronavirusdan 11 396 nəfər sağalıb.

Milli.Az