Millimizin hücumçusu “Şaxtyor”a qol vurdu

29 Avqust 2021 21:02

Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçular - Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi "Minay" da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Rüstəm bu oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə meydana buraxılıb. O, 90+1 və 90+6-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.
 
Altı turdan sonra 5 xalı olan "Minay" 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Milli.Az