İranda koronavirus vaksinləri oğurlandı

29 Avqust 2021 18:15

İranın paytaxtı Tehranda koronavirus vaksini daşıyan maşın oğruların hücumuna məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oğrular maşından 300 doz vaksin oğurlayıblar.

Hücum maşın Yaftabad bölgəsindəki Səhiyyə Nazirliyinin deposundan çıxandan sonra həyata keçirilib.

Onlar sürücünü döyüblər. Oğruların tutulması istiqamətində iş aparılır.

Milli.Az