Müllerin xəyalı: Ronaldo və Messi

29 Avqust 2021 18:08

"Bavariya"nın futbolçusu Tomas Müller "Yuventus"un oyunçusu Kriştiano Ronaldo və PSJ-nin formasını geyinən Lionel Messinin birlikdə çıxış etməsini istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə "Sky Sports"a açıqlamasında deyib:

"Əgər Mbape PSJ-dən gedirsə, Messi və Ronaldonun birlikdə çıxış etməsini istərdim. Bu bir futbol azarkeşi kimi mənim üçün də möhtəşəm kombinasiya olardı. Kriştiano çox güclü mərkəz hücumçusudur".

Milli.Az