ABŞ-ın Kabilə raket zərbəsi nəticəsində 7 nəfər ölüb

29 Avqust 2021 20:49

20:49

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Afghanistan Times" qəzeti xəbər verib.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin hücumu nəticəsində iki nəqliyyat vasitəsi və bir yaşayış binası qismən dağılıb. Amerika tərəfinin dediklərinə görə, hücumun hədəfi hava limanına hücum etmək istəyən terrorçu-intiharçının avtomobili olub.

Bildirilib ki, ölkənlərin siyahısına avtomobilinə zərbə endirilən zərərsizləşdirilən terrorçu da daxil olub.

----------

19:39

ABŞ-ın pilotsuz uçuş aparatı vasitəsi ilə endirdiyi raket zərbəsi nəticəsində Kabildə ölənlərin sayı 6 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Ariana News" telekanalı məlumat yayıb.

Hərəkətdə olan iki avtomobil və bir fərdi evə endirilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər ölüb.

--------

17:14

Əfqanıstanın paytaxtı Kabildə yenidən güclü partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

"Taliban" Əfqanıstan hökumətinin birgə idarəçiliklə bağlı təklifini qəbul etməyəcəyini bildirib.

Tələfat barədə hələlik məlumat verilmir.

Milli.Az