İranda ötən sutka daha 581 nəfər koronavirusdan ölüb

29 Avqust 2021 16:07

İranda ötən sutka ərzində 581 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 106 482 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 31 512 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 492 6964 nəfərə çatıb.

Milli.Az