​"MasterChef"in münsifi Mehmet usta sol əlini niyə gizlədir? - Səbəbi bəlli oldu - FOTO

29 Avqust 2021 14:43

Azərbaycanda da maraqla izlənilən "MasterChef Türkiyə"nin təcrübəli münsif üzvü Mehmet Yalçınkayanın yarışmada sol əlini izləyicilərdən niyə gizlətdiyi məlum olub.

Milli.Az metbuat.az-a istinadla bildirir ki, Yalçınkayanın sol əlini niyə gizlətdiyi, hər zaman cibində saxlaması izləyənlərin marağına səbəb olub. Sosial mediada bununla bağlı izləyicilər müzakirə edib, müxtəlif versiyalar səsləndirilib.

Mehmet şefin sol əlini niyə hər zaman cibində saxladığı məlum olub. Belə ki, barmaqları ətçəkən maşında qalan Mehmet usta 3 barmağını itirib. Ona görə də şef usta hər zaman sol əlini cibində saxlayaraq gizlədir.

Milli.Az