ABŞ təhlükə ilə üz-üzə: Qasırğa sürətlə irəliləyir

29 Avqust 2021 14:36

Luiziana ştatının sahilboyu yolunda "İda" qasırğasının sürəti saatda 215 kilometrə qədər artıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Qasırğanın ABŞ-ın Meksika körfəzinə yaxın ərazilərini vurmağı gözlənilir.

"Saffir-Simpson miqyasına görə qasırğalar beş fərqli kateqoriyaya görə qiymətləndirilir. Ən güclü qasırğa 5-ci kateqoriyaya daxildir. Mississippi çayının 160 kilometr cənubunda aşkarlan "İda" qasırğası sürətini artıraraq dördüncü kateqoriyaya çatıb", - məlumatda bildirilib.

Milli.Az