Türkiyədə daha bir meşə yanğını başlayıb

29 Avqust 2021 13:47

Türkiyədə daha 6 meşə və 6 kənd yanğını nəzarətə götürülüb.

Milli.Az reporta istinadən xəbər verir ki, İzmir, Şırnak, Burdur, Edirne, Antalya və Yozqatda bütün meşə yanğınları nəzarət altına alınıb.

Hazırda Tuncelidə baş verən yanğınlardan üçü nəzarət altına alınıb, bir yanğının söndürülməsi istiqamətində işlə aparılır.

Yanğın yaşayış məntəqələrini təhdid etmir və ən qısa zamanda nəzarət altına alınacaq.

Bu ilin ilk 8 ayında Türkiyədə 2 105 meşə yanğını söndürülüb. Yanmış ərazilərdə meşələrin bərpası işlərinə başlanılıb.

Milli.Az