Ermənistanda COVİD-19-a yoluxanların sayı 241 336 nəfərə çatıb

29 Avqust 2021 12:30

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 241 336 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 383 nəfər COVİD-19-a yoluxub, 11 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4 823 nəfərə çatıb.

Milli.Az