“Taliban” müğənnini öldürdü

29 Avqust 2021 11:34

"Taliban" Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Times Now" telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.

Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.

Müğənni Favad Andarabi mahnılarında "Taliban" Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda "Taliban" liderləri musiqini islama zidd sayırlar.

Milli.Az