Sevgililər marketdə evləndilər

16 Fevral 2012 20:42
Milli.Az CNN-ə istinadən bildirir ki, qeyri-adi nikah "Walmart" supermarketinin bölmələrindən birində olub.

Ueyn və Syuzan Brandenburqların nikahında onların dostları ilə yanaşı, supermarketin əməkdaşları da iştirak ediblər.

Ueyn Brandenburqun dediyinə görə, xanımiı ilə 7 il əvvəl tanış olub. O zaman Syuzan "Walmart"da kassir işləyirdi.

"Nikahımızın marketdə keçirilməsinin səbəbi isə ayinin qeyri-adi olmasını istəməyimizdir", - Brandenburq deyib.

Ueyn və Syuzan marketdə evlənən ilk amerikalılar deyil.

2010-cu ildə Miçiqan ştatının sakinləri Dryu Ellis və Liza Satyut mərkəzi univermaqın ayaqqabı bölməsində nikah bağlamışdılar. Elə həmin il floridalı təqaüdçülər Cek Frenkel və Fina Nikolos "Whole Foods" supermarketində evlənmişdilər.

Milli.Az