Daha bir erməni hərbçinin meyiti Cəbrayılda tapıldı

28 Avqust 2021 18:55

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hərbçinin qalıqları Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

Erməni hərbçinin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 652-yə yüksəlib.

Milli.Az