Lənkəranda dənizdə batan gəncin meyiti tapılıb

28 Avqust 2021 14:27

Lənkəranda dənizdə batan şəxsin meyiti tapılıb.

Milli.Az bildirir ki, avqustun 27-də dənizdə batan, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az