Türkiyədən Yunanıstana qaçmağa çalışan 6 FETÖ-çü saxlanılıb

28 Avqust 2021 18:07

Türkiyədə Yunanıstana qaçmağa hazırlaşan 6 FETÖ-çü saxlanılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, saxlanılanların hamısı keçmiş hərbçi olub.

Belə ki, FETÖ ilə əlaqəli bilindiyinə görə ordudan tərxis olunan şəxslər Muğlanın Bodrum rayonunda qayıqla Yunanıstana qaçmağa hazırlaşarkən saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Milli.Az