Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 247 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Milli.Az-ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 540 449, ölənlərin sayı isə 7 175 nəfərə çatıb. Virusa yoluxanlardan 476 555 nəfərin sağaldığı bildirilir.
Milli.Az