Masallıda qadın əri tərəfindən bıçaqlandı

28 Avqust 2021 13:27

Masallıda 30 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Masallı rayonunun Xıl kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Elza Qəfər qızı Ağayeva həyat yoldaşı 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən bıçaqlanıb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Hadisə ailə-məişət zəminində yaranan mübahisə nəticəsində baş verib.

Hadisəni törədən A.Ağayevin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az