Son sutkada 692 erməni koronavirusa yoluxub

28 Avqust 2021 13:48

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 692 yoluxma halı qeydə alınıb.

Milli.Az xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 240 963 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 16 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4812 nəfərə yüksəlib.

Milli.Az