Tokio-2020: Daha 22 nəfər koronavirusa yoluxub

28 Avqust 2021 12:48

Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, son sutkada daha 22 nəfərin analiz nəticəsi müsbət çıxıb.

İnfeksiyaya yoluxanlar arasında idmançılar yoxdur.

Qeyd edək ki, paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.

Milli.Az